CSP Caspian Service ProKombi təmiri və satışı 010 718 18 10
Ana səhifə / Haqqımızda

Haqqımızda

Caspian Service Pro — Bakı və Abşeron üzrə kombi satışı, quraşdırılması və təmiri ilə məşğul olan şirkətdir.

Niyə rəsmi şirkət?

Kombi bazarında fərdi ustalar çoxdur və bəziləri işini yaxşı görür. Amma rəsmi şirkətlə işləməyin bir üstünlüyü var: bir ildən sonra da bizi eyni nömrədə, eyni ünvanda tapırsınız.

Kombini biz satırıqsa və biz quraşdırırıqsa, problem yarananda kimin məsuliyyət daşıdığı sualı yaranmır.

Nə edirik

  • Kombi satışı və modelin seçimində məsləhət
  • Quraşdırma və ilk işə salma
  • Təmir və ehtiyat hissələrinin dəyişdirilməsi
  • İllik texniki baxış və yuyulma
  • Radiator montajı və istilik sistemlərinin quraşdırılması

Harada işləyirik

Bakı şəhəri və Abşeron rayonu üzrə ünvanda xidmət göstəririk. Ofisimiz Buzovna qəsəbəsindədir.

Rəsmi qeydiyyatdan keçmiş MMC. Ünvan: Buzovna qəsəbəsi, Abşeron küç. 466, Bakı