Ana səhifə / Xidmətlər / Radiator və istilik sistemi
Radiator və istilik sistemi
Radiatorların yuyulması və montajı, istilik sistemlərinin quraşdırılması və təmiri.
Kombi yaxşı işləsə də, radiatorlar və boru sistemi çirklidirsə, ev normal isinmir və qaz sərfiyyatı artır.
Radiatorların yuyulması
İllər ərzində radiatorların içərisində çöküntü toplanır. Nəticədə radiator qızır, amma istiliyi otağa vermir. Yuyulma bu çöküntünü təmizləyir.
Radiatorun yuxarısı isti, aşağısı soyuqdursa — çöküntü var. Yuxarısı soyuq, aşağısı istidirsə — hava var və sadəcə havasını almaq lazımdır.
Digər işlər
- Radiator montajı və dəyişdirilməsi
- İstilik sistemlərinin quraşdırılması
- İsti su xətlərinin çəkilişi
- Sistemdə sızmaların aşkarlanması və aradan qaldırılması
Sualınız var?
Kombinin markasını və problemi yazın — nə lazım olduğunu deyək.